Qərb Universitetinin dizayner-tələbələri maraqlı layihələr təqdim edib

10 İyun 2017 12:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İmtahanda tələbələr seçilmiş mövzular əsasında öz dizayn layihələrini təqdim və müdafiə ediblər. Həm nəzəri, həm də qrafik hissədən ibarət olan layihələr aktuallığı ilə diqqəti cəlb edib.
İşlər “Ekomənzilin interyerinin dizayn həlli”, “Uşaq inkişaf mərkəzinin aydentika həllinin layihələndirilməsi”, “Müasir tələbə yataqxanasının interyerinin dizayn həlli” və s. mövzuları əhatə edib.

Qeyd edək ki, Qərb Universitetinin Dizayn ixtisasının tələbələri qrafik və interyer dizaynı istiqamətləri üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər kimi yetişirlər. Universitetin məzunları nəinki ölkəmizin, eləcə də bir çox beynəlxalq şirkətlərin aparıcı əməkdaşları kimi özlərini təsdiq edir, karyeralarında uğurlar qazanırlar.