Trampı məhkəməyə verəcəklər - ABŞ prezidentinə xəbərdarlıq edildi

12 İyun 2017 10:52 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqtonun baş prokurorluğu və Merilend ştatı rəhbərliyi Trampı məhkəməyə verəcəyinə dair xəbərdarlıq edib.

Tramp Ağ Evə köçdükdən sonra xarici hökumətlərdən milyonlarla dollar alıb.

Bu, Trampın şəxsi biznesindən gələn gəlir olsa da, ştat konstitusiyasına görə prezidentin dövlət başçısı vəzifəsində ola-ola bizneslə məşğul olması qadağan edilir.

Tramp prezident seçilməsinə baxmayaraq şirkətin rəhbərliyindən imtina etməyib.

Baş prokuror bildirib ki, Tramp dövlət vəzifələri ilə şəxsi maraqlarını eyni tutur.

Bəxtiyar Abbasov

AzNews.az