“Metro Park”a bomba qoyulması barədə yalan məlumat verən şəxs tutuldu

12 İyun 2017 11:04 (UTC+04:00)

DİN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.