ATƏT-in Minks Qrupu Dağlıq Qarabağa səfər edib

12 İyun 2017 12:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair məsələləri müzakirə ediblər.

Bako Saakyan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu ifadə edib.

Həmsədrlər prezident Serj Sərkisyanla da görüşüblər. Tərəflər təmas xəttində müşahidə olunan ən son vəziyyətə dair müzakirələr aparıblar.

Vasitəçilər qeyd ediblər ki, danışıqlar prosesində tərəflərin münaqişənin sülh yolu ilə həllinə razılıq verməsi vacibdir.

Bəxtiyar Abbasov

AzNews.az