Nazirlik zəhərlənən uşaqlarda aşkarlanan virusun adını açıqladı - Sudan keçib

12 İyun 2017 13:27 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib.

"Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarət götürülüb. Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir.

4 gün ərzində 136 uşaq infeksiya əlamətləri baş verib, müayinə və müalicə profilaktik məqsədlərlə xəstəxanalara hospitallaşdırılan xəstələrə yüksək səviyyədə tibbi yardım göstərilib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər əhali arasında sanitariya müalicə işləri davam etdirilir", - deyə məlumatda bildirilir.