Güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

12 İyun 2017 14:00 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib olublar. Turnirdə 57 kiloqram çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıblar.

Bürünc medalı isə yığmamıza 65 kiloqram çəkidə yarışan Coşqun Əzimov qazandırıb. Üçüncü yer uğrunda görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.