“"Status-kvo"nu dəyişməyin vaxtı çatıb” - Məmmədyarov

12 İyun 2017 14:54 (UTC+04:00)

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

"Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. "Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, "status-kvo" qəbuledilməzdir", - deyə nazir qeyd edib.

AzNews.az