Ermənistanda seçkilərin vaxtı dəyişdirilməyəcək

11 Fevral 2013 12:57 (UTC+04:00)
Ermənistanda prezident seçkilərinin vaxtı dəyişdirilməyəcək. APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, sui-qəsdə məruz qalmış "Milli Özünütəyinetmə" Partiyasının lideri, prezidentliyə namizəd Paruyr Ayrikyan seçkinin təxirə salınması haqda Konstitusiya Məhkəməsinə ünvanladığı müraciəti geri götürüb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına əsasən prezidentliyə namizədlərdən biri üçün yaranacaq qarşısıalınmaz maneələrlə əlaqədar seçkilərin 2 həftə təxirə salınması mümkündür. P. Ayrikyan əvvəlcə bu hüququndan istifadə edərək seçkilərin təxirə salınmasını istəsə də, sonradan fikrindən daşınıb. Ermənistanda prezident seçkiləri əvvəlcədən müəyyən olunmuş tarixdə - fevralın 18-də keçiriləcək.

AzNews.az