Polis rəisinin otağında əlbəyaxa dava - Sumqayıtda

12 İyun 2017 15:15 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.

Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az