İstanbulda güclü zəlzələ baş verib- 3 şəhərdə hiss edilib

12 İyun 2017 16:51 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Qəndilli Rəsədxanasından verilən məlumata görə, zəlzələnin episentri Egey dənizinin cənub hissəsində 5 kilometr dərinlikdə qeydə alınıb.

Episentr sahildən 85 kilometr kənarda yerləşir.

Yeraltı təkanlar İstanbul ilə yanaşı, İzmir, Bursa və Çanaqqalada da hiss olunub.

Təbii fəlakətlə əlaqədar dağıntılar olub-olmadığına dair hələlik heç bir məlumat verilmir.

Bəxtiyar Abbasov

AzNews.az