32 yaşlı kişi qatarın altında qaldı - Bakıda

12 İyun 2017 17:10 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Gülməmmədov Namiq Akif oğlu Bakı-Ələt dəmir yolu xəttinin Ələt-Qobustan mənzilində elektrovozun altında qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.