"Qarabağ" klubu loqosunu dəyişdi

12 İyun 2017 18:34 (UTC+04:00)

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” Futbol Klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırıb.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidir.