Prosineçki millidən gedir

12 İyun 2017 23:05 (UTC+04:00)

AzNews.az Ajansspor-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bundan sonra Türkiyədə fəaliyyətini davam etdirəcək.

Artıq tərəflərlə 2 illik razılaşma da əldə olunub.

Bu gün Prosineçki meneceri ilə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturub və ona millidə çalışmaq üçün yeni müqavilə təklif olunsa da, o bundan imtina edib və “Bursaspor”da çalışmaq istədiyini bildirib.

Bundan sonra tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedurlar aparılacaq.