Ən bahalı futbolçu Ronaldo deyil, Neymar oldu

13 İyun 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının lideri "Barselona"nın braziliyalı ulduz futbolçusu Neymardır. Onun transfer qiyməti 210,7 milyon avro həcmində dəyərləndirilir.

Siyahının ikincisi 155,1 milyon avro ilə "Tottenhem"in futbolçusu Dele Alli , üçüncüsü isə 153,6 milyonla Harri Keyndir.

Messi isə siyahının dördüncüsüdür. Onun hazırki transer qiyməti 151,7 milyondur.

Messinin rəqibi, portuqaliyalı ulduz futbolçu Ronaldo isə CIES-in reytinqinə görə 11-ci olub. Onun transfer qiyməti 112,4 milyon avrodur.