2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı - Bakıda (Video)

12 İyun 2017 23:37 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Ev sakinlərinin gözündən yayınan 2 yaşlı Əli Hüseynli altıncı mərtəbədəki eyvanın pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib. Atası Sadiq deyir ki, uşaq yıxılan vaxtı o, evdə olmayıb.

Bundan sonra səsə qonşular gəlib və uşağı torpağın üzərindən götürdükdə gözlərinə inanmayıblar. Onun üzərində heç bir xəsarət olmayıb.

Hazırda Hüseynovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur.