Səfirin qətlinin sifarişçisi məlum oldu

13 İyun 2017 09:38 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluq qətlin təşkilində 5 nəfərin əli olduğundan şübhələnir. Onlardan biri sifarişçidir.

Hələlik şübhəlilərin adı açıqlanmır.

Məlumata görə, şübhəlilər hadisə günü səfirin qaldığı oteldə olublar və qətldə ittiham olunan Mövlud Altıntaşla görüşüblər.

Andrey Karlov ötən il dekabr ayının 19-da Ankarada çıxışı zamanı Altıntaş tərəfindən güllələnərək öldürülmüşdü.

Bəxtiyar Abbasov

AzNews.az