Reytinq cədvəli açıqlanıb

11 Fevral 2013 13:25 (UTC+04:00)



Millimizin Avro-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Slovakiya 1289 xalla 17-ci, Bosniya və Herseqovina 1146 xalla 32-ci yerdədir. 984 xala malik Norveç isə 48-ci pilləyə yüksəlib. Skandinaviyalılar bu il 5 addım irəliləyiblər.

VI Bakı Beynəlxalq Futzal Turnirinin iştirakçılarından Belarus 1286 xalla 18-ci, Özbəkistan 1240 xalla 24-cüdür. 2013-cü ildə 1 pillə geriləyənlər - Latviya 976 xalla 49-cu, Moldova 887 xalla 68-cidir. Bu isə millimizin rəqiblərinin nisbətən zəif olduğunu göstərir.

Qeyd edək ki, 108 komandanın olduğu siyahıya Braziliya yığması başçılıq edir – 1981. İspaniyalılar 1974 xalla 2-ci, İtaliya 1795 xalla 3-cü mövqeyini qoruyub.


AzNews.az