Selfie çəkdirmək istədi, pəncərədən yıxıldı- Rəssamlıq Akademiyasında

13 İyun 2017 11:27 (UTC+04:00)

Akademiyanın 2-ci kurs tələbəsi Jalə Qasımova ikinci mərtəbənin pəncərəsindən yıxılıb. Ağır vəziyyətdə olan Jalə Qasımova xəstəxanaya yerləşdirilib.

Akademiyanın prorektoru Elmira Səmədova AzNews.az-a açıqlamasında bildirib ki, Jalə Qasımova şəkil çəkdirmək istəyib və bunun üçün o, pəncərənin ağzına çıxıb:

“İstəyib selfie etsin. Jalə Qasımova epilepsiya xəstəsi olub. Bu an onun xəstəliyi tutub, başı gicəllənib yıxılıb. Təcili Tibbi Yardım çağırdıq və xəstəxanaya apardıq. Həkimlər onu müayinə etdi. Bildiriblər ki, hər şey yaxşıdır, sadəcə bir az əzintisi var.”

Bahar RÜSTƏMLİ

AzNews.az