Yolda “kabus sürücü” peyda oldu - Video

13 İyun 2017 11:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin şahidləri motosikletin kabus sürücü tərəfindən idarə olunduğunu düşünüblər.

Lakin daha sonra məlum olub ki, motosiklet yolda qəzaya uğramış sürücüyə məxsusdur. Qəza zamanı sürücü yıxılsa da, motosiklet hərəkət etməyə davam edib.

Motosiklet qəza yerindən uzaqlaşaraq bir neçə kilometr məsafə qət edib.

Motosikleti polis əməkdaşları saxlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az