İftar yeməyindən 800 nəfər zəhərləndi – 1 uşaq öldü

13 İyun 2017 12:08 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, azı 800 nəfər başgicəllənməsi, qusma və mədə-bağırsaq pozuntusu şikayəti ilə xəstəxanalara yerləşdirilib. Zəhərlənənlər arasında azyaşlı uşaqlar da var. Uşaqlardan birinin öldüyü bildirilir.

Məlumata görə, hadisə Mosul şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsində iftardan sonra baş verib.

İftar yeməkləri restoranlardan birində hazırlanıb və düşərgəyə Qətərin xeyriyyə qurumu tərəfindən gətirilib.

Hazırda Mosul şəhərində “İŞİD” terror qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirilir.

Bəxtiyar Abbasov

AzNews.az