Almaniya və İsveçdə terror həyəcanı- Bir neçə nəfər yaralandı

13 İyun 2017 12:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxs polisə və mülki şəxslərə atəş açıb.

Hadisə nəticəsində qadın polis əməkdaşı da yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Silahlı şəxs həbs olunub. Münhen polisi hadisənin terror aktı olmadığını bildirib.

Eyni zamanda, İsveçin paytaxtı Stokholmda da yaralanma ilə nəticələnən hadisə baş verib. Sürücü avtomobili piyadaların üzərinə sürüb. Hadisə nəticəsində bir nəfərin yaralandığı qeyd edilir. Sürücü qaçaraq hadisə yerindən uzaqlaşıb.

Bəxtiyar Abbasov

AzNews.az