2016-cı ilin ən zəngin qadın yazıçıları – “Forbes” jurnalının açıqlaması

13 İyun 2017 15:40 (UTC+04:00)

AzNews.az “Forbes” jurnalına istinadən xəbər verir ki, sözügedən yazıçıların əsərləri onlara bəzən 90 milyon dollara qədər pul qazandırıb.

Onların arasında ən çox qazanan Coan Rolinqdir. Rolinqin “Harri Potter” əsəri ona stabil gəlir gətirir. Ötən il onun kitabdan əldə etdiyi qazanc 19 milyon dollar təşkil edib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Nora RobertsDaniela Stil tutur. Onların illik gəlirləri 15 milyon dollara çatır.

“Bozun əlli çaları” kitabının müəllifi Erika Leonard Ceyms 14 milyon gəlirlə 4-cü yerdə qərarlaşıb.

5-ci yerdə “Qatarda səyahət edən qız” kitabının müəllifi Pola Hokins gəlir. O, bu kitabdan 10 milyon dollar gəlir əldə edib.

Bəxtiyar Abbasov

AzNews.az