“Azərbaycanın işğal olunmuş ərazilərində gənclər konfransı keçirmək planı Ermənistanın siyasi təxribatıdır” - XİN

13 İyun 2017 17:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq. Gənclər və idman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları da Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq”.