25 yaşlı qadın ağrıkəsici dərmandan zəhərləndi

13 İyun 2017 17:59 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Qala kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Sədaqət Cabbar qızı Abbasova ağrıkəsici dərmanı həddindən çox istifadə etdiyi üçün zəhərlənib. Ailəsi tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az