Mingəçevirdə dispanserdə dava düşüb, tibb bacısı həmkarını döyüb

13 İyun 2017 19:19 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.