Bakının mərkəzində "Niva" ilə belə "avtoş"luq etdi - Video

13 İyun 2017 22:54 (UTC+04:00)

AzNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb. 99- GG-111 dövlət nömrə nişanlı, ''Niva'' markalı avtomobilin sürücüsü əvvəlcə başqa bir avtomobilə yaxınlaşaraq pəncərədən həmin sürücüyə nəsə deyir.

Güman olnur ki, onu da ''avtoş''luq etməyə dəvət edir, lakin "yox” cavabı aldığı üçün qarşısına keçərək sağa-sola manevrlər edir və ''Niva''nı ikitəkər üzərində sürür.

Bunu bir neçə dəfə təkrar edən sürücü keçmiş ''Beşmərtəbə'' dairəsindən sağa döndükdən sonra yenə də iki təkər üzərində yoluna davam edir.

Bu sürücü pozduğu qayda ilə digər hərəkət iştrakçıları üçün olduqca təhlükəlidir. Belə sürücülər bir çox hallarda əməllərini avtoxuliqan kimi görmür, sagdan və ya soldan ötmə kimi dəyərləndirirlər. Əslində isə qanunvericilikdə avtoxuliqanlıq əməlinin izahı tam aydın şəkildə verilib. Üstəlik, bu videoya da baxmaq kifayət edər ki, əsl ''avtoş''un necə olduğu barədə fikir formalaşsın.

İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq, sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir. Yaxud bu əməl bir neçə dəfə təkrarlandığı halda nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs edilə bilər.