Yolu keçmək istəyən 83 yaşlı qadını maşın vurub, öldürdü

13 İyun 2017 23:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qəza Bakıxanov körpüsü yaxınlığında baş verib.

Taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.