Londonda yanan binada türk ailələr də var Yanğın qismən söndürülüb (Yenilənib + Video)

14 İyun 2017 12:57 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, binanın yanması nəticəsində bir neçə nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.

Məlumata görə, bəzi sakinlər yanğından xilas olmaq üçün özünü yerə atıb.

Yanğın binanın ikinci mərtəbəsində başlayıb. Yanğına səbəb isə, ilkin ehtimallara görə, partlayan soyuducu olub.

Yanğın artıq qismən söndürülüb.

AzNews.az

***

10:39

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 27 mərtəbəli "Grenfell Tower"i hələ ki, söndürmək mümkün olmayıb. Ölü və yaralı sayının artması ehtimalı da yüksəkdir.

Məlumata görə, bəzi sakinlər sağ qalmaq üçün özlərini binadan atıblar.

Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

***

09:38

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün gecə saatlarında başlayan yanğın indi də davam edir.

Alov, demək olar ki, binanı tamamilə əhatə edib. Şahidlərin sözlərinə görə, binanın daxilində insanlar qalıb. Hazırda 200-ə yaxın yanğınsöndürən binanı söndürməyə çalışır.

Məlumata görə, yanğın zamanı xəsarət alan bir neçə nəfərə tibbi yardım göstərilib.

Rəsmilər binanın uça biləcəyi barədə xəbərdarlıq ediblər. Vəziyyətlə əlaqədar insanların xilas olunması prosesi də riskli əməliyyata çevrilib.

Bəxtiyar Abbasov

AzNews.az