Avtomobil radar dirəyinə çırpıldı - Ölən və xəsarət alanlar var

14 İyun 2017 12:31 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə,İyunun 13-də saat 8 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəstəxanaya yerləşdirilib, H.Rəhimov orada ölüb.