Lənkəranskinin dəstəsi həbs olundu

14 İyun 2017 14:11 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dəstə üzvləri Nijne-Taqilski rayonunda saxlanılıblar.

Polis 30 nəfərin saxlanıldığını bildirib. Məlumata görə, onlar zorakılıq törətməkdə ittiham olunurlar. Dəstə üzvlərinin qaldığı sığınacaqda silah, sənəd, borc qəbzi və pasport da müsadirə olunub.

Rövşən Lənkəranski 2016-cı ildə Türkiyənin İstanbul şəhərində öldürülmüşdü.

Bəxtiyar Abbasov

AzNews.az