Aviazərbələr mülkilərə tuş gəldi - 24 nəfər öldürüldü

14 İyun 2017 14:43 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi bu barədə xəbərdarlıq edib.

Aviazərbələr nəticəsində azı 24 nəfərin öldüyü bildirilsə də, ölü sayının daha çox olduğu iddia olunur.

Məlumata görə, hərbi hava əməliyyatlarını Amerika Birləşmiş Ştatları komandanlığı idarə edir.

Son bir həftədir ki, Raqqa şəhəri ətrafında yeni cəbhələr açılıb. Suriya müxalifətinin bir qolu olan Suriya Demokratik Qüvvələri şəhərin şimal, şərq və qərb hissələrində ərazi üstünlüyünə nail olublar.

Döyüşlərlə əlaqədar 160 min insan evlərindən köçkün düşüb.

Bəxtiyar Abbasov

AzNews.az