Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, məhz həmin günü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yenidən siyasi həyata qayıdışı ilə Azərbaycanın müasir tarixində yeni bir səhifə açılıb:
İki əsr müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqı 1991-ci ildə özünün müstəqilliyini bərpa elədi. Ancaq 1991-1993-cü illər ərzində olan hadisələr göstərdi ki, müstəqillik qazanmaq işin hələ bir hissəsidir. Əsas məsələ müstəqiliyi reallaşdıra bilməkdir. Dünya birliyində yeni yaradılan dövlətin layiqli yer tutması üçün ciddi işlər görmək lazımdır. 1993-cü ilə kimi Azərbaycanda bir-birinin ardınca hakimiyyətdən gedən komandaların heç birində nə problemlərin həlli üçün ciddi proqram, nə də ən əsası Azərbaycanın strateji inkişaf yolu barəsində təsəvürü yox idi. Həmin vaxt Azərbaycan böyük bir təhlükə ilə üz-üzə idi.
Aydın Mirzəzadə qeyd edib ki, xalqın təkidi və tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi bu təhlükəni aradan qaldırıb:
Heydər Əliyev Azərbaycan xalqı birinci siyasi hakimiyyəti dövründə, eyni zamanda SSRİ rəhbirliyində işlədiyi dövrdə həyat fəaliyyəti ilə Azərbaycan xalqının milli maraqlarını ən yüksək səviyyədə tutan və onları həyata keçirmək üçün ciddi addımlar atan nüfuzlu bir şəxs kimi tanıda bildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müsbət dəyişikliklər yarandı. Stabillik yarandı, vahid hərbi komandanlıq sistemi tətbiq edildi. Azərbaycanda yeni demokratik konsitutsiyanın qəbul edilməsi üçün fəaliyyət başlandı, islahatlar proqramı işlənildi. Xalqın hakimiyyətə, dövlətə inamı özünə qaytarıldı. Həmçinin çox ciddi problemləri olan Dağlıq Qarabağ problemlərinin həllində ciddi konsepsiya hazırlandı. Bunların nəticəsində ötən əsrin 1990-cı illərində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda keyfiyyət dəyişikliyinin baş verməsinə gətirib çıxartdı.
Deputatın fikrincə, 15 iyun özünün layiqli oğlu Heydər Əliyevə böyük sevgisini göstərən milli qurtuluş günü kimi qeyd edirir:
Milli Qurtuluş günü Azərbaycan üçün bu günün və sabahını müəyyənləşdirən, bundan sonra müstəqilliyinin əbədi olacağını göstərən çox ciddi bir bayramdır.
AzNews.az