Millimizin yeni baş məşqçisi Qurban Qurbanov olacaq?

14 İyun 2017 21:44 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün jurnalistlərlə söhbətində AFFA-nın millinin baş məşqçi vəzifəsi üçün ona müraciət etmədiyini deyib:

"Tövsiyə etməzdim ki, siz də bunu müzakirə edəsiniz. Bu, istər-istəməz hər bir baş məşqçiyə təsir edə bilər. Prosineçkinin işi göz qabağındadır. Fikrimcə, Prosineçki Azərbaycan futbolu üçün çox faydalıdır. Mən də bu barədə düşünmürəm və heç bir danışıq olmayıb. Mənim fikrim hazırda “Qarabağ”la bağlıdır. Ümumiyyətlə, bu məsələyə görə Prosineçkinin üzərinə getməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Prosineçkinin “Bursaspor”a gedəcəyi ilə bağlı xəbərlər yayılanda onun yerinə Q.Qurbanovun gətiriləcəyi iddia olunurdu.