Mahmud Kərimov I Fəxri xiyabanda dəfn edildi

11 Fevral 2013 15:14 (UTC+04:00)



Milli Elmlər Akademiyasının (AMEA) binasında təşkil edilən mərasimdən sonra cənazə Birinci Fəxri Xiyabana aparılıb və dəfn edilib. Mərasimdə dövlət başçısı İlham Əliyev, hökumət rəsmiləri, alimlər, ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Mahmud Kərimovun fevralın 9-da günorta saatlarında ürəyində kəskin ağrılar başlayıb. Dərhal xəstəxanaların birinə yerləşdirilib, sonradan Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında xüsusi təyyarə ilə Türkiyəyə aparılarkən, təyyarədə vəfat edib.

AzNews.az