Azərbaycan ordusunun mühəndis istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib- FOTO

15 İyun 2017 14:17 (UTC+04:00)

AzNews.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.