Yaşlı kişini ildırım vurdu

15 İyun 2017 16:14 (UTC+04:00)

AzNews.az "APA"ya istinadən xəbər verir ki, Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib.

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

Araşdırma zamanı məlum olub ki, İ. Bayramov ildırım vurub.

AzNews.az