51 yaşlı kişi özünü gilas ağacından asdı

16 İyun 2017 10:27 (UTC+04:00)

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Hüseyinli kənd sakini, 1966-cı il təvəllüdlü Sərkərov Əmir İsmayıl oğlu yaşadığı evin həyətyanı sahəsindəki gilas ağacından özünü asaraq intihar edib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az