London yanğınında 65 nəfər itkin düşüb- Diri-diri yandıqları ehtimal edilir

16 İyun 2017 11:05 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, itkin düşən şəxslərin yanğında həlak olduğu ehtimal edilir.

İtkin düşən insanlar 11-ci mərtəbə və 14-cü mərtəbə ilə 23-cü mərtəbə arasında yaşayan sakinlərdir.

Yanğın nəticəsində 17 nəfər ölüb, 79 nəfər xəsarət alıb. Xəsarət alanlardan 17-in vəziyyəti ağırdır.

Bəxtiyar Abbasov

AzNews.az