2 yaşlı uşaq qaynar su ilə dolu qazana düşdü

16 İyun 2017 11:13 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova yaşadığı evdə ehtiyatsızlıq nəticəsində içərisi qaynar su ilə dolu olan qazanın içinə düşüb.

Nəticədə yanıq xəsarətləri alan azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az