Bakıda baş verən qəza anbaan kameraya düşdü - Video

16 İyun 2017 13:49 (UTC+04:00)

BAKU.WS saytına göndərilən videodan görünür ki, Mercedes markalı maşın dönmə əməliyyatı edərkən digər Mercedes markalı maşınla toqquşur. Zərbənin təsirindən maşın əks yola atılaraq qarşıdan gələn avtomobillərin yoluna çıxır.


Xoşbəxtlikdən Mercedes qəza nəticəsində qarşı yola keçərkən onun qarşısında avtomobil olmayıb. Əks halda qəzanın miqyası və fəsadları daha böyük ola bilərdi.

Videonu daimi oxucumuz Orxan Xəlilov göndərib.

AzNews.az