“Qorxuram ki, başıma bir iş gəlsə...” - Manaf Ağayev

16 İyun 2017 14:05 (UTC+04:00)

“Mənim bacımdan heç kimdə görməmişəm”

AzNews.az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Manaf Ağayev maraqlı açıqlamalar verib.

O, vəfat edən bacısının xəstəliyindən bəhs edib:

"Bacımın ağır xəstəliyi olub. Allah bütün bacılara can sağlığı versin. Mənim bacımdan heç kimdə görməmişəm. Onun kimisi yoxdur. Uşaqlıqdan qızdırmam olanda o dəqiqə yanıma gəlirdilər, indi də eyniylə. Mənimlə fəxr edirlər. Qorxuram ki, başıma bir iş gəlsə, mən cəhənnəm onlar bədbəxt olarlar. O vaxt efirdə bir nəfər bacıma ciyərin vermək istəyirdi, çox sağ ol dedim. Mənim bacıma ciyər lazımdırsa, niyə başqa kişi ciyərin versin? Rəhmətə getdi, çatdıra bilmədik. Həkim demişdi ki, artıq gecdi. Çox şişmişdi. Həkim tamam başqa bir diaqnoz qoymuşdu. Qan azlığı demişdi. Axırda yaxşı bir həkim vardı apardıq, o da gecdi dedi".

Daha sonra müğənni bacılarına olan sevgisindən söz açıb:

"Biz 4 qardaşıq, hərəmizin bir bacısı var. O vaxt paylaşmışdıq. Mənimki Məryam var, odu. Uje dəyişmişik, kim kimin bacısı qardaşıdı".