Şəhid olan hərbçimiz dəfn edildi - Foto

16 İyun 2017 14:38 (UTC+04:00)

"Report"un Şimal bürosunun məlumatına görə,1994-cü il təvəllüdlü, şəhid Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

AzNews.az