Göyçayda 4 bal gücündə zəlzələ olub

16 İyun 2017 18:08 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb.

Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.