"Fənərbaxça"nın yeni baş məşqçisinin adı məlum oldu

16 İyun 2017 23:37 (UTC+04:00)

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə "Konyaspor"un çalışdırıcısı Aykut Kocaman təyin edilib. Onunla 2 ilik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Kocaman 2010-2013-cü illərdə "Fənərbaxça"nın baş məşqçisi olub.