Müsavatda toplantı olub

11 Fevral 2013 16:38 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, iclasda partiyadaxili məsələlər müzakirə edilib. Bu bölümdə seçkilərə hazırlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi olub və müvafiq qərarlar qəbul edilib.
Toplantıda ölkədəki ictimai-siyasi durum müzakirə edilib. Divan bir daha Müsavat Partiyası başqanının müavini, "Yeni Müsavat" qəzetinin əməkdaşı Tofiq Yaqublunun və "REAL" Hərəkatının rəhbəri İlqar Məmmədovun həbsini pisləyib, onların apellyasiya şikayətinə baxılması vaxtı yol verilən qanun pozuntularına, o cümlədən nüfuzlu beynəlxalq ictimai təşkilatların nümayəndələrinin məhkəmə zalına buraxılmamasına etiraz edib.

Qeyd olunub ki, elə təkcə bu fakt məhkəmə iclasının sifarişli keçirilməsinin təsdiqidir. Daha sonra Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun apellyasiya şikayəti ilə bağlı Sumqayıt şəhər Apellyasiya məhkəməsində yol verilən süründürməçiliyi pislənib. Toplantıda son günlər qeyri-hökumət təşkilatları, dini icmalar və siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən düzəlişlərlə bağlı irəli sürülmüş layihələr ilkin müzakirə edilib.
Sonda cari məsələlər baxılıb.

AzNews.az