Hərbi hissədə kütləvi zəhərlənmə oldu – 85 nəfər

17 İyun 2017 09:40 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 85 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisə axşam yeməyindən sonra baş verib.

Məlumata görə, əsgərlərin yediyi ət köhnə olub. Zəhərlənən əsgərlərdən 69-un vəziyyəti nisbətən ağırdır. Hazırda onlara tibbi yardım göstərilir.

Sözügedən hərbi hissədə ötən ay da kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənən 350 nəfərdən biri dünyasını dəyişib.

Bəxtiyar Abbasov

AzNews.az