Mişel Obama kələm turşusundan danışdı

11 Fevral 2013 16:49 (UTC+04:00)


AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, xanım Obama özünün "Tvitter"dəki mikrobloqunda tam bir neçə banka kimçxinin şərhlərlə müşayiət olunan hazırlanma qaydasının fotoşəkillərini yerləşdirib. Məlum olub ki, ABŞ-ın birinci xanımı da koreyalılar kimi əsas inqridient kimi "Pekin" və ya "Çin" kələmi, ya da "Napa" adlandırılan kələm yarpağını götürür.

"Ötən həftə şəxsi ləklərdən Napa kələmini yığdılar. İndi biz ondan mətbəxdə kimçxi hazırlayırıq. Siz də ev şəraitində onu hazırlaya bilərsiniz", - ABŞ Prezidentinin xanımı "Tvitter"də yazır.
Qəzetin kulinar redaktorları şəkildə turp, yerkökü, sarımsaq və qurudulmuş ançouslarla birlikdə kimçxinin ənənəvi Koreya kələmi kimi acı Çili istiotunun bolluğuna görə parlaq qırmızı rəngə malik olmadığını, ona da zəncəfil, duz və şəkər əlavə edilyini yazırlar.

Prezident kələmi yüngülvari sarı çalara malikdir. Ona görə ki, inqridientlər və hazırlanma qaydası alınan məhsulun həddindən artıq kəskin olmaması üçün bir qədər Qərb zövqünə uyğunlaşdırılıb.

AzNews.az