Sərhəddə partlayış: 7 nəfər ölüb

11 Fevral 2013 16:55 (UTC+04:00)


APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, partlayış yerli vaxtla saat 15.00-da baş verib. Bəzi məlumatlara əsasən partlayış içinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən qaynaqlanıb. Reyhanlı bələdiyyəsinin sədri hadisədə 7 nəfərin öldüyünü, 30-dan çox adamın yaralandığını açıqlayıb.

AzNews.az