Biləsuvarda güclü yanğın- 8 yaşlı uşaq öldü

17 İyun 2017 11:10 (UTC+04:00)

AzNews.az Nazirliyə istinadən xəbər verir ki, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N. Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

Uşaq orada ölüb, G. Məmiyevanın vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.