Düşmənin 5 hərbi qulluqçusu məhv edilib- Müdafiə Nazirliyi

17 İyun 2017 11:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirliyin məlumatında deyilir:

Düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.